25 yaşlı futbolçu matçdan əvvəl düşən DAVADA ÖLDÜ

26-01-2020, 16:35           
25 yaşlı futbolçu matçdan əvvəl düşən DAVADA ÖLDÜ
Britaniyanın “Metlok Taun” klubunun yarımmüdafiəçisi Cordan Sinnot matç ərəfəsində düşən dava zamanı aldığı travmalar nəticəsində vəfat edib.

Bu barədə “The Sun” məlumat yayıb.

25 yaşlı Sinnotu satış cərgələrinin arasında huşsuz vəziyyətdə tapıblar. Buna səbəb barda başlayan, polisin məlumatına görə, səkkiz kişinin və bir qadının iştirak etdiyi dava olub.

Sinnotu kəllə sümüyünün sınığı şübhəsi ilə xəstəxanaya çatdırsalar da, orada onun həyatını xilas etmək mümkün olmayıb.

Futbolçu “Metlok Taun”da arenda əsasında çıxış edirmiş. Klub İngiltərənin gücünə görə səkkizinci divizion çempionatında çıxış edir.

Futbolçunun ölüm xəbərindən sonra komandanın oyunu təxirə salınıb.\\Oxu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.