"Beşiktaş" yenə uduzub, "Qalatasaray" asan qələbə qazanıb

27-01-2020, 00:43           
"Beşiktaş" yenə uduzub, "Qalatasaray" asan qələbə qazanıb
Türkiyə Superliqasında XIX tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 3 oyun keçirilib.

"Antalyaspor" Dənizlidə yerli komanda üzərində böyükhesablı qələbə qazanaraq, "təhlükəli zona"dan uzaqlaşıb.

Baş məşqçi Abdullah Avcı ilə yollarını ayıran "Beşiktaş"ın uğursuz çıxışı davam edir. İstanbul təmsilçisi bu dəfə "Göztəpə" səfərindən məğlub dönüb. Bu nəticə ilə "Göztəpə" 7-ci pillədə yer alan rəqibi ilə aradakı xal fərqini 1-ə endirib.

Günün son matçında "Qalatasaray" elitada qalmağa çalışan "Konyaspor"un qonağı olub. Yenidən liderlər qrupuna yüksəlmək istəyən "cim-bom" Konyada 3 xalı 3 cavabsız qolla əldə edib.

Qeyd edək ki, turun "Sivasspor" - "Çaykur Rizəspor" və "Yeni Malatyaspor" - "Trabzonspor" oyunları yanvarın 27-də keçiriləcək.

Türkiyə Superliqası
XIX tur
26 yanvar
"Dənizlispor" - "Antalyaspor" - 0:3
Yahoviç, 27; Mukairu, 41; Blanko, 57
"Göztəpə" - "Beşiktaş" - 2:1
Akbunar, 25; Borqes, 45+2 - Burak Yılmaz, 38 (pen.)
"Konyaspor" - "Qalatasaray" - 0:3
Falkao, 26; Əmrə Akbaba, 39; Adəm Büyük, 79












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.