Neymarın dublu PSJ-yə qələbə qazandırıb

27-01-2020, 04:21           
Neymarın dublu PSJ-yə qələbə qazandırıb
Neymarın dublu PSJ-yə qələbə qazandırıb
Fransa Liqa1-də XXI tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son gündə azarkeşlər 3 maraqlı oyun izləyiblər.

Çempionlar Liqasına vəsiqə qazanmağı hədəfləyən "Lion" autsayder "Tuluza"ya heç bir şans verməyib. Rudi Qarsiyanın yetirmələri 3 xalı 3 cavabsız qolla əldə ediblər.

"Bordo" çempionatın sürpriz komandalarından olan "Nant"ı səfərdə son dəqiqələrdə vurduğu top sayəsində məğlubiyyətə uğradıb.

Turun mərkəzi oyununda "Lill" lider PSJ-ni qəbul edib. "Marsel"in büdrəməsi Paris təmsilçisinə mövqeyini bir qədər də möhkəmlətmək şansı yaradıb. Bundan məharətlə yararlanan PSJ Neymarın dublu sayəsində qələbə qazanıb.

Fransa Liqa1-i
XXI tur
26 yanvar
"Lion" - "Tuluza" - 3:0
Korne, 29; Dembele, 71; Ekambi, 77
"Nant" - "Bordo" - 0:1
Briand, 86
"Lill" - PSJ - 0:2
Neymar, 28, 52 (pen.)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.