Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçilib 28-01-2020, 11:20 Rövnəq Abdullayev dördüncü dəfə AFFA prezidenti seçilib."Report"un məlumatına görə, seçki AFFA-nın XXVIII növbəti konfransı çərçivəsində təşkil olunub.Yeganə namizəd olan R.Abdullayev bu vəzifəyə yekdilliklə layiq görülüb.Qeyd edək ki, Rövnəq Abdullayev AFFA-ya 2008-ci ildən rəhbərlik edir. O, 2012 və 2016-cı illərdə də bu vəzifəyə seçilib. Facebook-da paylaş