Erməni `Yaşasın Azərbaycan` deyən futbolçunu qucaqladı - VİDEO

27-04-2015, 13:44           
Erməni `Yaşasın Azərbaycan` deyən futbolçunu qucaqladı - VİDEO
İran çempionatında 27-ci turun oyunları keçirilib. AzVision.az-ın məlumatına görə, səfərdə "Paykan"la görüşən "Traktorsazi" rəqibinə 0:2 hesabı ilə qalib gəlib.

Təbrizlilərin 2-ci qoluna "Traktorsazi"nin braziliyalı futbolçusu Lusiano Edinyo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə imza atıb.

Daha sonra futbolçu qol sevincini azarkeşlərlə bölüşüb. Lusiano maykasının üzərində "Yaşasın Azərbaycan" sözlərini sevinclə hər kəsə göstərib.

Bu zaman maraqlı məqam da yaşanıb. Belə ki, "Traktorsazi"nin heyətində çıxış edən erməni əsilli futbolçu Andranik Teymuriyan da Lusianonu qucaqlayaraq onu təbrik edib.

Qeyd edək ki, Azərbaycan klubu hazırda 53 xalla İran çempionatında turnir cədvəlinə başçılıq edir. Təbriz klubunun son oyunun videosunu sizə təqdim edirik.
[media=https://www.youtube.com/watch?v=MUT8DKPIJvY]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.