"Barselona"nın ulduzu türklərdən üzr istədi

27-04-2015, 15:30           
"Barselona"nın ulduzu türklərdən üzr istədi
Aprelin 25-də qondarma erməni "soyqırımı"nın 100 illiyi ilə bağlı pankart açan “Barselona”nın futbolçusu Daniel Alveş etdiyi hərəkətdən peşman olub. Trend-in məlumatına görə, "twitter" sosial şəbəkəsindəki səhifəsində paylaşdığı fotoları silən braziliyalı futbolçu türk azarkeşlərdən üzr istəyib. Alveş hərəkətini belə əsaslandırıb: "Bütün türk azarkeşlərimizdən üzr istəyirəm. Fotoların onları bu qədər məyus edəcəyini düşünməmişdim. Bir çox türk dostlarım var. Mən sülh içində olan bir dünya istəyirəm. İnsanlara heç vaxt zərər vermərəm".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.