Ronaldo sürətini artırmaq üçün bunu da etdi

4-06-2020, 22:34           
Ronaldo sürətini artırmaq üçün bunu da etdi
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo növbəti dəfə diqqət mərkəzinə düşüb.

Qol.az "Tuttsport"a istinadən xəbər verir ki, o, komandasının məşqində reqbi butsunun şiplərinin olduğu buts geyinib. Bildirilib ki, portuqaliyalı hücumçu sürətini artırmaq və qazonda daha yaxşı hərəkət etmək üçün bu addımı atıb.

Bundan əvvəl oxşar dəyişikliyi fevralın 19-u Fransa çempionatında maksimum sürətə görə (36.8 km) yeni rekord qıran "Monpelye"nin hücumçusu Andi Delor edib.

Qeyd olunub ki, Ronaldonun İtaliya kubokunda "Milan"a qarşı matçların şiplərin olduğu butslardan istifadə edib-etməyəcəyi bilinmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.