Avropa nəhəngi Ünderi transfer edir: 30 milyon avroya!

4-06-2020, 22:35           
Avropa nəhəngi Ünderi transfer edir: 30 milyon avroya!
İtaliyanın "Roma" klubunun türkiyəli futbolçusu Cengiz Ünderi transfer etmək istəyən komandaların sayı artıb.

Teref.az Offsideplus.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi 22 yaşlı oyunçu ilə yolları ayırmağa hazırlaşır.

İndiyə qədər Ünder üçün "Arsenal", "Tottenhem", "Milan", "Bayer"(Leverkuzen) və "Napoli" kimi klublar "elçi" düşmüşdü.

Bu klubların siyahısına Münhen "Bavariya"sı da daxil olub. Bundesliqa lideri türkiyəli futbolçunu heyətinə qatmaq niyyətindədir. Ünder üçün artıq qarşı tərəflə təmasa keçilib.

"Bavariya" futbolçu üçün "Roma"ya 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, sözügedən oyunçu 2017-ci ildən İtaliya klubunda çıxış edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.