Yaşlıların köməyinə çatan tennisçi könülləri fəth etdi - MARAQLI...+ FOTOLAR

4-06-2020, 22:49           
Yaşlıların köməyinə çatan tennisçi könülləri fəth etdi - MARAQLI...+ FOTOLAR
Koronavirus səbəbi ilə idman müsabiqələrinə ara verilməsindən sonra xeyriyyə işləri ilə məşğul olan İngilis tennisçi Kati Boulter bir xeyriyyə təşkilatında işə başlayıb.

Moderator.az xəbər verir ki, İngiltərənin ən böyük xeyriyyə təşkilatlarından olan "Age UK" fondunda könüllü olaraq işə başlayan 23 yaşlı gənc tennisçi koronavirus səbəbi ilə 3 aydır nənəsini görmədiyini və yaşlı insanlara yardım etməyi səbirsizliklə gözlədiyini söyləyib.

Peşəkar tennisçi "Gedib onları görə, telefonla danışa ya da alış-verişlərini edə bilərəm. Yaşlıların həyatlarını daha rahat hala gətirmək üçün çalışacağam. Ümid edirəm özlərini tək hiss etməzlər" deyib.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.