Ronaldo ilə Mourinyo dalaşacaqmış

6-06-2020, 10:40           
Ronaldo ilə Mourinyo dalaşacaqmış
“Real”ın yarımmüdafiəçisi Luka Modriç Joze Mourinyo ilə Kriştiano Ronaldonun münaqişəsi barədə danışıb.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, xorvat futbolçu bildirib ki, portuqaliyalılar Madrid klubunda fəaliyyət göstərdikləri zaman onlar arasında ciddi mübahisə yaranıb:

“Mourinyonun reaksiyası məni təəccübləndirirdi. Biz İspaniya kubokunda 2:0 udurduq. Oyun epizodu zamanı Ronaldo ona tapşırılan futbolçuya yaxşı nəzarət edə bilmədi və qol buraxdıq. Joze buna görə çox əsəbiləşmişdi. Biz fasilədə paltardəyişmə otağına gələndə Ronaldo çox məyus idi. Hətta az qala ağlayacaqdı. Ronaldo deyirdi ki, o, yaxşı oynamaq üçün çalışır. Mourinyo isə onu dayanmadan tənqid edirdi. Bu zaman onların arasında gərginlik daha da artdı. Hətta o dərəcədə ki, əlbəyaxa davaya çıxacaqdılar. Amma biz futbolçuların müdaxiləsindən sonra bu, baş vermədi”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.