İtaliya kubokunda ilk finalçı müəyyənləşib

13-06-2020, 01:55           
İtaliya kubokunda ilk finalçı müəyyənləşib
Koronavirus pandemiyası səbəbindən martın 9-dan bəri oyun keçirilməyən İtaliya futbolunda 94 günlük məcburi fasilə başa çatıb.

Apasport.az saytının məlumatına görə, italyanlar ölkə kuboku ilə dönüş ediblər.

İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində bu gün ilk matç keçirilib. A seriyasının lideri "Yuventus" Turində "Milan"ı qəbul edib. Milanda 1:1 hesabı ilə nəticələnən qarşılaşmanın revanşında "rossonyerlər" 17-ci dəqiqədən 10 nəfərlə mübarizə aparmalı olublar.

Kriştianu Ronaldo da həmin dəqiqədə penalti zərbəsini qola çevirə bilməyib. Buna baxmayaraq, rəqibi ilə qolsuz bərabərə qalan "Yuvetus" səfərdə vurduğu top sayəsində ilk finalçı olub.

Qeyd edək ki, yarımfinal mərhələsinin "Napoli" - "İnter" görüşü iyunun 13-də keçiriləcək. Birinci qarşılaşmada səfərdə 1:0 hesablı qələbə qazanan neapollular Bakı vaxtı ilə 23:00-da "neradzurra"nı qəbul edəcək.

İtaliya kuboku
Yarımfinal mərhələsi, cavab oyunu
12 iyun
"Yuventus" - "Milan" - 0:0
İlk oyun - 1:1












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.