Hacı Əliyev olimpiya və dördqat dünya çempionuna qarşı - FOTO

13-06-2020, 10:28           
Hacı Əliyev olimpiya və dördqat dünya çempionuna qarşı - FOTO
Sərbəst güləş üzrə olimpiya mükafatçımız, dünya və Avropa çempionu Hacı Əliyev Ümumdünya Güləş Birliyinin (UWW) “Instagram” səhifəsinin keçirdiyi virtual turnirdə yarımfinala yüksəlib.

Oxu.Az-ın xəbərinə görə, tanınmış idmançımızın yarımfinaldakı rəqibi 1/4 finalda öz həmyerlisi Kayl Sneyderi üstələmiş amerikalı olimpiya, dördqat dünya və dördqat Panamerika Oyunları çempionu Cordan Barouzdur.

Digər yarımfinalçılar rusiyalı Abdulrəşid Sadullayevlə iranlı Həsən Yazdanidir.

Qeyd edək ki, səsvermə UWW-nin “Instagram” hesabının “Hekayə” bölməsində keçirilir. Hacı Əliyev daha əvvəlki mərhələlərdə gürcü Qeno Petriaşvilini və İtaliya təmsilçisi Frank Çamisonu səsvermə nəticəsində üstələyib.

Səbuhi Musayev













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.