Şəhriyar Məmmədyarov beynəlxalq turnirin qalibi oldu

14-06-2020, 08:38           
Şəhriyar Məmmədyarov beynəlxalq turnirin qalibi oldu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Sharjah Chess” klubunun təşkilatçılığı ilə keçirilən şahmatın rapid növü üzrə onlayn beynəlxalq turnirinin qalibi olub.

Axar.az xəbər verir ki, iyunun 13-də keçirilən qarşılaşmalarda polşalı Radoslav Voytaşek, özbəkistanlı Rüstəm Qasımcanov, Pentala Xarikrişna (Hindistan) ilə heç-heçə edən şahmatçımız, son iki turda misirli Bassem Amin və BƏƏ təmsilçisi Saleh Salem üzərində qələbə qazanıb.

Yekun nəticədə 7,5 xal toplayan şahmatçımız turnirin qalibi olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.