Messi La Liqada daha bir rekorda imza atdı

14-06-2020, 08:48           
Messi La Liqada daha bir rekorda imza atdı
İspaniyanın "Barselona" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi La Liqada daha bir rekorda imza atıb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, ötən gün "Malyorka" ilə oyunda rəqib qapısına yol taparaq cari mövsümdə qollarının sayını 20-yə çatdırıb.

Beləliklə, argentinalı hücumçu 2008/09 mövsümündən başlayaraq hər mövsüm 20-dən artıq qol vurub.

Qeyd edək ki, L.Messinin 2011/12 mövsümündə 50 qol vurub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.