"Barselona" "Malyorka"ya böyük hesabla qalib gəlib

14-06-2020, 08:59           
"Barselona" "Malyorka"ya böyük hesabla qalib gəlib
İspaniya La Liqasının 28-ci turunun matçında "Malyorka" "Barselona"nı qəbul edib.

“Report” xəbər verir ki, görüş "İberostar" stadionunda keçirilib və qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolun müəllifi topu ikinci dəqiqədə rəqibin qapısından keçirmiş yarımmüdafiəçi Arturo Vidal olub. Fasiləyə qədər hücumçu Martin Braytvayt qonaqların üstünlüyünü artırıb. Matçın 79-cu dəqiqəsində müdafiəçi Jordi Alba hesabı 3:0-a çatdırıb. Oyuna əlavə edilmiş vaxtda hücumçu Lionel Messi son nöqtəni qoyub - 4:0.

"Barselona" İspaniya çempionatının yarış cədvəlinə başçılıq edir. Kataloniyalılar 5 xalla Madrid "Real"ını qabaqlayırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.