Canlı əfsanədən daha bir qələbə - Zidan yenə “Real”ın tarixinə düşdü

16-06-2020, 07:08           
Canlı əfsanədən daha bir qələbə -
“Real” Zidanın rəhbərliyi altında 200 matç keçirərək 132 qələbə qazanıb, 42 dəfə heç-heçə edib və 26 dəfə məğlub olub.

İspaniya La Liqasının 28-ci turunda “Real Madrid”in “Eybar”ı məğlub etdiyi görüş (3:1) “kral” klubunun baş məşqçisi Zinəddin Zidan üçün əlamətdar olub.

Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, bu, fransız mütəxəssisin baş məşqçi kimi İspaniya çempionatında 90-cı qələbəsi olub.

O, bu göstərici ilə sələflərindən biri Leo Benhakkeri qabaqlayıb. Benhakkerin “Real”ın baş məşqçisi kimi balansında 89 qələbə var.

Zidan indi yalnız Miqel Munyosdan (257 qələbə) geri qalır.

Ümumilikdə “Real” Zidanın rəhbərliyi altında 200 matç keçirərək 132 qələbə qazanıb, 42 dəfə heç-heçə edib və 26 dəfə məğlub olub. Fransız klubu 10 mükafat, o cümlədən ardıcıl olaraq Çempionlar Liqasının üç kubokunu əldə edib. Komanda Zidanın başçılığı ilə keçirdiyi oyunlarda 489 qol vurub, öz qapısından isə 210 top buraxıb.

Hazırda komanda 28 matçda 59 xal toplayaraq ikinci yerdə qərarlaşıb. “Real” lider “Barselona”dan 2 xal geri qalır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.