25 yaşlı idmançı yarış zamanı öldü

22-06-2020, 10:18           
25 yaşlı idmançı yarış zamanı öldü
Britaniyalı moto idmançı, 25 yaşlı Ben Godfrey “No Limits Trackdays” yarışında qəza nəticəsində ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “The Sun” nəşri yayıb.

İdmançının ölümü iyunun 21-də məlum olub. Godfreynin yolda digər yarışçı ilə toqquşması və ağır xəsarət alması aydınlaşdırılıb. Təcili tibbi yardım göstərilməsinə baxmayaraq o, dünyasını dəyişib. Qəzanın ikinci iştirakçısı da ağır xəsarətlər alıb, ancaq sağ qalaraq xəstəxanaya çatdırılıb.

Start Britaniyanın Leicester şəhərətrafı bölgəsində baş verib.

Godfrey moto yarışında Britaniyanın “Superbike” sinfində çıxış edib. Yarışın təşkilatçıları atletin ailəsinə və dostlarına başsağlığı veriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.