"Atletiko" "Levante"ni yenərək ardıcıl 3-cü qələbəsini qazandı

24-06-2020, 01:09           
"Atletiko" "Levante"ni yenərək ardıcıl 3-cü qələbəsini qazandı
Futbol üzrə İspaniya çempionatının 31-ci turunun matçında Valensiya "Levante"si Madrid "Atletiko"suna 0:1 hesablı məğlub olub.

"Report" xəbər verir ki, matç Valensiyanın "Syudad de Valensiya" stadionunda olub.

Qarşılaşmada yeganə qol birinci hissədə vurulub. Matçın 15-ci dəqiqəsində "Levante"nin müdafiəçisi Bruno Qonsales avtoqola imza atıb. Bunun sayəsində "Atletiko" üçüncü ardıcıl qələbəsini qazanıb.

Bu qələbədən sonra "Atletiko" 55 xal toplayaraq İspaniya milli çempionatının yarış cədvəlində üçüncü yerə yüksəlib. "Levante" 38 xalla 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, 31-ci turun digər matçında "Valyadolid" "Xetafe" 1:1 hesablı heç-heçə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.