Zidanla Beyl arasında münasibətlər yenidən pisləşdi

27-06-2020, 00:10           
Zidanla Beyl arasında münasibətlər yenidən pisləşdi
"Real"da baş məşqçi Zinəddin Zidan və hücumçu Qaret Beyl arasında münasibətlər yenidən pisləşib.

Press.az ESPN-ə istinadən xəbər verir ki, münasibətlərin pisləşməsinin səbəbi uelsli futbolçunun əsas komandada daha çox oynamalı olduğunu düşünməsidir. Bildirilib ki, bu mövsümün bərpasından sonra 30 yaşlı oyunçu cəmi 1 dəfə start heyətdə meydana çıxıb, 1 dəfə sonradan oyuna daxil olub, 2 dəfə isə ehtiyatda qalıb.

Nəşr yazıb ki, Zidan və onun məşqçi qərargahı Beylin məşqlərdəki çıxışı ilə bağlı şikayəti yoxdur. Lakin fransalı mütəxəssis oyunçunun onun qərarlarına reaksiyasından narazıdır.

Beylin Madrid klubunun prezidenti Florentino Pereslə də arasındakı münasibətlərinin pisləşdiyi vurğulanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.