İngiltərə Kubokunun ilk yarımfinalçısı məlum oldu

28-06-2020, 00:29           
İngiltərə Kubokunun ilk yarımfinalçısı məlum oldu
İngiltərə Kubokunun ¼ final oyununda “Mançester Yunayted” “Norviç” üzərində əlavə vaxtda 2:1 hesabı ilə qələbə qazanıb və beləliklə də, turnirin yarımfinalına yüksələ bilib.

Unikal.org xəbər verir ki, oyun Norviçin “Kerrou Roud” stadionunda baş tututb.

Qonaqların komandasında qolların müəllifləri Odion İqalo və Harri Maquayer olub. Ev sahiblərində isə Todd Kantvell fərqlənə bilib.

Qeyd edək ki, Timm Kloze meydandan uzaqlaşdırılandan sonra, “Norviç” 89-cu dəqiqədən etibarən oyunu 10 nəfərlə davam etdirməli olmuşdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.