“Arsenal” futbol üzrə İngiltərə kubokunun yarımfinalına çıxıb

29-06-2020, 00:00           
“Arsenal” futbol üzrə İngiltərə kubokunun yarımfinalına çıxıb
Londonun “Arsenal” klubu “Şeffild Yunayted” komandasını məğlub edərək futbol üzrə İngiltərə kubokunun yarımfinalına çıxıb.

AZƏRTAC xəbər verir ki, Şeffilddə keçirilən oyun londonluların 2:1 hesabı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən qol əsas vaxta əlavə edilmiş dəqiqələrdə (90+1) vurulub.

“Arsenal”ın yarımfinaldakı rəqibi bir qədər sonra püşkatma nəticəsində müəyyənləşəcək.

AZERTAG.AZ :“Arsenal” futbol üzrə İngiltərə kubokunun yarımfinalına çıxıb












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.