Rusiya klubuna matça çıxmağa icazə verilmədi

1-07-2020, 12:28           
Rusiya klubuna matça çıxmağa icazə verilmədi
Rusiyanın Orenburq vilayətinin rəhbərliyi eyniadlı kluba "Ural" komandası ilə oyuna çıxması üçün razılıq verməyib.

"Report" Rusiya Premyer Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandanın digər oyunlarında iştirakı test nəticələrindən asılı olacaq. "Orenburq"a 0:3 hesablı texniki məğlubiyyətin veriləcəyi gözlənilir.

Qeyd edək ki, "Orenburq"un 10 üzvündə koronavirus aşkarlanıb. Onlardan 6-sı futbolçudur. Komanda 24 matçdan sonra 23 xalla Premyer Liqanın son pilləsindədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.