Sirli üçbucaq: AFFA, De Byazi və... ermənilər

12-07-2020, 12:03           
Sirli üçbucaq: AFFA, De Byazi və... ermənilər
İyulun 10-da keçirilən AFFA İcraiyyə Komitəsinin qərarıilə Azərbaycan millisinin yeni baş məşqçisi bəlli oldu.

Sport7.az xəbər verir ki, koronavirus pandemiyası əngəlolmasa, yaxın 18 ayda millimizi italyan mütəxəssis Canni De Byazi çalışdıracaq.Yeni baş məşqçi Azərbaycan millisini Millətlər Liqasına və dünya çempionatınınseçmə mərhələsinə hazırlamalıdı.

Tarixə qısa səyahət edəndə görürük ki, Canni DeByazi hələ xeyli müddətdi ki, AFFA-nın hədəfində olub. 2018-ci ilin dekabrındaAFFA-nın De Byazi ilə danışıqlar apardığını İtaliya mətbuatı yazırdı. İddiaolunurdu ki, De Byazi ilə danışıqlarda "Neftçi”nin çalışdırıcısı Roberto Bordində iştirak edir. Bordin həmyerlisini razı salmağa çalışırdı. Həmin vaxt DeByaziyə "Bolonya”dan da təklif olduğu üçün seçim imkanı var idi. Görünür, həmbu variantın olması, həm də AFFA-nın daha ucuz işçi qüvvəsi axtarmasıdanışıqları nəticəsiz qoydu. Belədə Azərbaycan millisi heç kimin tanımadığıNikola Yurçeviçə tapşırıldı.

De Byazi ilə bağlı ikinci maraqlı məqam onun birvaxtlar "Neftçi”nin də maraq dairəsində olmasıdı. Yenə də keçmişə nəzər salandagörürük ki, 2018-ci ilin iyununda "ağ-qaralar”a təklif edilən mütəxəssislərsırasında Canni De Byazinin də adı çəkilib, hətta tərəflər danışıqlaraparıblar. Həqiqətən də həmin vaxt "Neftçi”yə italyan baş məşqçi gətirildi.Amma De Byazi yox, Roberto Bordin. Təxmin etmək çətin deyil ki, bu işdə roloynayanlar eyni menecerlərdi. "Neftçi”nin AFFA-nın nəzarətində olması, məşqçi təyinatınında "boz bina”da təsdiqlənməsi hər kəsin bildiyi məsələdi.

Amma De Byazinin adıyla bağlı daha bir maqalı məqamvar ki, onun üzərindən sakit keçmək mümkün deyil. Məsələ ondadı ki, italiyalınınmenecerlərinin Ermənistan Futbol Federasiyasıyla da əlaqələri var. Belə ki,2018-ci ildə işsiz mütəxəssisi AFFA-ya və "Neftçi”yə təklif edənlər onu ermənilərədə yönəldibmişlər. 2018-ci ilin sentyabrında Ukraynanın "footboom.com” saytında"Ermənistan millisinin yeni baş məşqçisi Canni De Byazi ola bilər” başlıqlı məqalədərc edilib. Yazıda bildirilir ki, baş məşqçi axtarışında olan ermənilər2017-ci ildən işsiz qalan 62 yaşlı De Byazi ilə danışıqlar aparır. Sonradan nəbaş veribsə, ermənilər bahalı italyana "yox” deyiblər.

Bu da taleyin qismətidi. Ermənilərin imtina etdikləriitalyanı iki illik "əziyyət”dən sonra AFFA-ya, daha doğrusu, Azərbaycana sırıyabiliblər. Özü də ötən iki il ərzində Canni De Byazi heç yerdə iş tapa bilməyib.Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.