Futbol hakimi qətlə yetirildi

22-09-2020, 10:18           
Futbol hakimi qətlə yetirildi
İtaliyada futbol hakimi Daniele De Santis qətlə yetirilib.



Fanat.Az xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.



Xəbərə görə, hadisə referinin Leççedəki mənzilində baş verib.



33 yaşlı hakim və 30 yaşlı sevgilisi Eleonoranın cəsədləri sentyabrın 21-i axşam saatlarında aşkarlanıb.

Qonşular qətldən əvvəl De Santisin evində dava olduğunu və daha sonra cinayətkarların cütlüyü bıçaqladığını bildirib. Onlar bir nəfərin bıçaqla qaçdığını da söyləyiblər.

Qeyd edək ki, Daniele De Santis İtaliya B və seriyalarında 130-dan çox matçın baş hakimi olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.