Əfsanəvi futbolçu millinin baş məşqçisi olacaq

23-09-2020, 12:51           
Əfsanəvi futbolçu millinin baş məşqçisi olacaq
Frank de Bur Hollandiya millisinin baş məşqçisi təyin olunacaq.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Hollandiya Futbol Federasiyası 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayacaq.

De Burun sonuncu iş yeri ABŞ-ın “Atlanta Yunayted” klubu olub. Bundan əvvəl Hollandiya millisinin əfasənəvi müdafiəçisi Amsterdamın “Ayaks”, İtaliyanın “İnter” və İngiltərənin “Kristall Pelas” klublarının baş məşqçisi işləyib.

O, eyni zamanda Hollandiya millisində baş məşqçinin köməkçisi də olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.