"Qalatasaray" - "Fənərbaxça" oyunu ona tapşırıldı

23-09-2020, 19:30           
"Qalatasaray" - "Fənərbaxça" oyunu ona tapşırıldı
Türkiyə Superliqasının 3-cü turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, İstanbul derbisi Ali Palabıyıka həvalə olunub. Ona Serkan Olguncan və Mehmet Cem Satman köməklik edəcək. Dördüncü hakim funksiyasını Mete Kalkavan yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 27-i keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.