“Zirə” və “Səbail”dən əzmkar qələbə - Yenilənib

27-09-2020, 00:00           
“Zirə” və “Səbail”dən əzmkar qələbə - Yenilənib
Bu gün Azərbaycan Premyer Liqasında 4-ci turun növbəti qarşılaşmaları keçirilib.

Yenisabah.az xəbər verir ki, ikinci oyun günündə nəzərdə tutulan 2 matçdan biri başa çatıb. “Səbail” doğma meydanda “Sabah”ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Bu, "Səbail"in 2020/2021 mövsümündə ölkə çempionatında ilk qələbəsi olub.

Digər oyunda “Zirə” “ASK Arena”da “Keşlə”nin qonağı olub. Matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

20:15. “Keşlə” – “Zirə” - 2:3

Qol: Silvio Rodriqes, 10, Dmitro Klots, 54 - Klesio Bauk, 21, 68, Davit Volkov, 79-pen

Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov

“ASK Arena”

18:00. “Səbail” – “Sabah” - 2:1

Qollar: Ramil Şeydayev, 27-pen (0:1), Əfran İsmayılov, 56-pen (1:1), Rauf Əliyev, 71 (2:1)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov

“ASKO Arena”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.