Ronaldu dünyanın ən nüfuzlu idmançısı seçilib

27-09-2020, 09:31           
Ronaldu dünyanın ən nüfuzlu idmançısı seçilib
"YouGov" Tədqiqat Mərkəzi "Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldunu planetin ən nüfuzlu idmançısı elan edib.

"Report" xəbər verir ki, bu barədə “Give Me Sport” portalı məlumat yayıb.

Qeyd edilir ki, tanınmış şəxsiyyətlərin ümumdünya reytinqində 35 yaşlı portuqaliyalı 6-cı yeri tutub.

Onun əbədi rəqibi Lionel Messi idmançılar arasında nüfuz meyarına görə dünyada 2-ci yerdədir. Messi məşhurluğuna görə Rusiya prezidenti Vladimir Putini qabaqlayaraq, dünyanın ən nüfuzlu şəxslərinin siyahısında 11-ci yeri tutur. Basketbol əfsanəsi Maykl Cordan siyahıda 13-cü yerdə qərarlaşıb.

Maraqlıdır ki, "YouGov" Ronaldu və Messinin mövqelərini həmçinin müxtəlif ölkələrdə müqayisə edib. Təhlil nəticəsində müəyyən olunub ki, respondentlərinin rəyinin soruşulduğu 42 ölkənin 32-də insanlar ona pərəstiş edirlər.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.