“Fənərbaxça” klubu Azərbaycana dəstək olub:"Bizi bir-birimizə bağlayan qürurumuz, ay-ulduzumuzdur"

28-09-2020, 10:07           
“Fənərbaxça” klubu Azərbaycana dəstək olub:"Bizi bir-birimizə bağlayan qürurumuz, ay-ulduzumuzdur"
Türkiyənin “Fənərbaxça” klubu cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək mesajı yayımlayıb.

İstanbul təmsilçisi rəsmi tvitter səhifəsi vasitəsilə bununla bağlı paylaşım edib.

Yayımlanan mesajda “Bizi bir-birimizə bağlayan qürurumuz, ay-ulduzumuzdur! İki dövlət, bir millət! Yanındayıq, sizə dəstəyik, Azərbaycan!” – yazılıb.

Qeyd edək ki, daha əvvəl “Qalatasaray” və “Trabzonspor” da Azərbaycana dəstək olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.