20 yaşlı braziliyalı Çempionlar Liqasının rekordunu yeniləyib
23-10-2020, 00:04
Madridin “Real” klubunun gənc futbolçusu Vinisius Junior Çempionlar Liqasının rekordunu yeniləyib.
“Opta Sport” xəbər verir ki, 20 yaşlı braziliyalı hücumçu Çempionlar Liqasının qrup mərhələsində “Şaxtyor”a qarşı oyunun 59-cu dəqiqəsində meydana daxil olduqdan cəmi 15 saniyə sonra rəqib qapısına yol tapıb.
Qeyd edək ki, oyun “Şaxtyor”un 2:3 hesablı qələbəsi ilə yekunlaşıb.