“Qarabağ” qrup mərhələsinin ilk matçında məğlub oldu – YENİLƏNİB + VİDEO

23-10-2020, 06:52           
“Qarabağ” qrup mərhələsinin ilk matçında məğlub oldu – YENİLƏNİB + VİDEO
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsraildə “Makkabi” (Təl-Əviv) komandasına məğlub olub – 1:0.

I qrupunun digər matçında “Vilyarreal” İspaniyada Türkiyə “Sivasspor”unu qəbul edib. Görüşdə qapılara səkkiz qol vurulub. Matç ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

00:03

UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda İsrailin Təl-Əviv şəhərində keçirilən “Makkabi” – “Qarabağ” matçında ikinci hissə başlayıb.

23:49

“Makkabi” – “Qarabağ” qarşılaşmasında ilk hissə başa çatıb.

23:11

“Makkabi” – “Qarabağ” qarşılaşmasında hesab açılıb. 10-cu dəqiqədə ev sahiblərinin oyunçucu Yonaten Kohen fərqlənib – 1:0.

Yonathan Cohen puts Maccabi Tel Aviv (+130) up 1-0pic.twitter.com/YzW5mbcCNp

— Bet The Footy (@betthefooty) October 22, 2020

23:01

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə İsrailin “Makkabi” komandasına qarşı matçı start götürüb.

21:47

UEFA Avropa Liqasının I qrupunun birinci turunda İsraildə üz-üzə gələcək “Makkabi” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”də çıxacaqlar:

“Makkabi”: 19. Daniel Tenenbaum, 30. Maor Kandil, 18. Eytan Tibi, 21. Şeran Yeini, 4. Enrix Saborit, 27. Ofir Davidzada, 23. Eyal Qolaso, 42. Tal Torgeman, 6. Dan Qlazer, 24. Yonaten Kohen, 10.İtay Şexter

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 77. Donald Gerye, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 27. Patrik Andrade,Filip Ozobiç













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.