“Liverpul”, “Mançester Siti” və “Bavariya” qələbə qazanıb, “Real” 1 xal əldə edib

28-10-2020, 06:24           
“Liverpul”, “Mançester Siti” və “Bavariya” qələbə qazanıb,
Bu gün Çempionlar Liqasında (ÇL) II tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarında 8 matç keçirilib.

Turnirin son qalibi “Bavariya” qələbələri sıralamaqda davam edir. Münhen təmsilçisi Moskvada “Lokomotiv”i çətinliklə məğlub edib. A qrupunun digər favoriti “Atletiko” “Zalsburq” önündə ciddi problem yaşasa da, əzmkar qələbəyə sevinib.

B qrupunda “İnter” ardıcıl ikinci heç-heçəsini edib. İlk turda “Real”ı məğlub edən Donetsk “Şaxtyor”u bu dəfə “neradzurra”dan 1 xal alıb. “Real” Mönhenqladbax “Borussiya”sı ilə matçda məğlubiyyətdən son dəqiqələrdə vurduğu qollarla xilas olub.

“Real”dan fərqli olaraq, “Mançester Siti” növbəti qalibiyyətini qazanıb. “Şəhərlilər” Fransada “Marsel”i asanlıqla üstələyib. Qrupun digər görüşündə “Porto” “Olimpiakos”u əliboş yola salıb.

Bol qollu keçən “Atalanta” – “Ayaks” qarşılaşmasında komandalar xalları yarı bölüblər. Ehtiyat heyətlə meydana çıxan “Liverpul” isə “Midtülland”ı 2 qolla məğlub edib.

Çempionlar Liqası
II tur
27 oktyabr

A qrupu
21:55. “Lokomotiv” (Moskva, Rusiya) – “Bavariya” (Almaniya) - 1:2
Mirançuk, 70 - Qoretska, 14, Kimmix, 79
00:00. “Atletiko” (İspaniya) – “Zalsburq” (Avstriya) - 3:2
Llorente, 29, Joao Feliks, 52, 85 - Şoboslay, 40, Berişa, 47

B qrupu
21:55. “Şaxtyor” (Ukrayna) – “İnter” (İtaliya) - 0:0
00:00. “Borussiya” (Mönhenqladbax, Almaniya) – “Real” (İspaniya) - 2:2
Turam, 33, 58 - Benzema, Kasemiro, 90+3

C qrupu
00:00. “Porto” (Portuqaliya) – “Olimpiakos” (Yunanıstan) - 2:0
Vyera, 11, Oliveyra, 85
00:00. “Marsel” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 0:3
Torres, 18, Gündoğan, 76, Sterlinq, 81

D qrupu
00:00. “Liverpul” (İngiltərə) – “Midtülland” (Danimarka) - 2:0
Jota, 55, Salah 90+3, (pen.)
00:00. “Atalanta” (İtaliya) – “Ayaks” (Niderland) - 2:2
Zapata, 54, 60 - Tadiç, 30, Traore, 38












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.