"Liverpul" öz tarixinin 10 000-ci qolunu vurub

28-10-2020, 06:29           
"Liverpul" öz tarixinin 10 000-ci qolunu vurub
İngiltərənin "Liverpul" komandası Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda evdə Danimarka "Midtüllann"ına qarşı matçda öz tarixinin 10 000-ci qolunu vurub.

Bu barədə “Report” klubun rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir.

Qolun müəllifi portuqal futbolçu Dioqu Jota olub.

Liverpul şəhərində keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə qurtarıb.

Mersisayd klubu növbəti turda səfərdə "Atalanta" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Liverpul" 1892-ci ildə yaradılıb. "Qırmızılar" 10 000 qolu vurmaq üçün 5 753 matç keçirməli olublar.

The ,0⃣0⃣0⃣ th goal in Reds history, netted by @DiogoJota18 ️ pic.twitter.com/9YZFFgzZgN

— Liverpool FC (@LFC) October 27, 2020












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.