Dünya çempionatlarının rüşvət müqabilində keçirilməsi təsdiqlənib - ŞOK

16-03-2016, 20:46           
Dünya çempionatlarının rüşvət müqabilində keçirilməsi təsdiqlənib - ŞOK
FİFA 1998 və 2010-cu illərdə müvafiq olaraq Fransa və CAR-da baş tutmuş dünya çempionatlarında ev sahibi olan ölkələrin seçimi zamanı səslərin rüşvətlə əldə edilmə faktını təstiqləyib. ANS PRESS-in məlumatına görə, bu barədə federasiyanın saytında yerləşdirilmiş sənədlərdə məlumat verilir.

Çərşənbə günü FİFA ABŞ hökumətinin korrupsiya ilə bağlı araşdırma aparan idarələrinə ünvanladığı 21 səhifəlik sənədi ictimailəşdirib. Bununla belə, FİFA-nın keçmiş vitse-prezidenti Vyaçeslav Koloskov bildirib ki, seçkilər zamanı ona heç kim rüşvət təklif etməyib. FİFA ABŞ prokurorluğuna rəsmi müraciət edərək, haqlarında ABŞ qanunları ilə ittiham irəli sürülərək, araşdırma aparılan keçmiş federasiya məmurları tərəfindən oğurlanmış 10 milyonlarla pulu geri qaytarmağı xahiş edib.

“Dünya futbolu üçün nəzərdə tutlmuş mənimsənilən pullar geri qaytarılmalıdır. FİFA futbol orqanı kimi bu pulları qaytarmaq istəyir və biz də öz istəyimizə nail olana qədər mübarizə aparacağıq” - deyə FİFA-nın prezidenti Canni İnfantino bildirib.

Ötən il FİFA futbol dünyasını sarsıdan qərar verib. Belə ki, adı rüşvət qalmaqalında hallanan UEFA prezidenti Mişel Platini və ona qanunsuz şəkildə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunan FİFA rəhbəri Yozef Blatter 8 il müddətinə futboldan kənarlaşdırılıb. FİFA-da korrupsiya ilə bağlı qalmaqal ötən ilin yazından, bir neçə məmurun həbs olunmasından sonra baş qaldırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.