"Qalatasaray-Fənərbaxça" derbisi terror təhlükəsinə görə ertələndi - YENİLƏNİB

20-03-2016, 21:29           
"Qalatasaray-Fənərbaxça" derbisi terror təhlükəsinə görə ertələndi - YENİLƏNİB
Spor Toto Super Liqasında bu axşam baş tutacaq "Qalatasaray-Fənərbaxça" derbisi təhlükəsizlik səbəbi ilə azarkeşsiz oynanılacaq.


Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli saatla 20:00-da başlayacaq olan mübarizə son zamanlar alınan təhdidlərə və dünən Taksimdə baş verən qanlı terrora görə, azarkeşsiz oynanılmasına qərar verilib.

Xəbər verilir ki, TT Arenada edilən anonsda deyilib: “TFF və təhlükəsizlik güclərinin aldığı qərar ilə matç tamaşaçısız oynanılacaq. Xahiş edirik sakit bir şəkildə tribunaları boşaldın”.

Son məlumatlara görə, bu qərardan sonra "Qalatasaray" derbinin ertlənəməsi üçün TFF-yə müraciət edib. Komandalar veriləcək qərarı gözləyirlər.

***20:04***

Son məlumata görə, derbi, vaxtı və saatı hələ ki, bəlli olmayan bir günə ertələnib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.