Futbol əfsanəsi Yohan Kroyff vəfat edib

24-03-2016, 20:34           
Futbol əfsanəsi Yohan Kroyff vəfat edib
Əfsanəvi futbolçu Yohan Kroyff dünyasını dəyişib.

APA-nın məlumatına görə, o xərçəng xəstəliyindən əziyyət çəkib.

25 aprel 1947-ci ildə Amsterdamda dünyaya gələn Y. Kroyff 68 yaşında vəfat edib.

Y. Kroyff futbolçu karyerası boyunca "Ayaks", "Barselona" kimi nəhəng klubların, o cümlədən Hollandiya millisinin lideri olub. Karyerası ərzində 752 oyun keçirən Y. Kroyff 425 qol vurub. Üç dəfə "Qızıl top"un sahibi olub. "Ayaks" və "Barselona"nın heyətində dəfələrlə Çempionlar kubokunu və ölkə çempionluğunu qazanıb.

Futbolçu karyerasını bitirəndən sonra Y. Kroyff məşqçi kimi də böyük uğurlar qazanıb.

Y. Kroyff 20 əsrin ən yaxşı futbolçularından biri sayılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.