UEFA daha 2 klubu avrokuboklardan kənarlaşdırdı

1-04-2016, 23:22           

UEFA Bakının “İnter” komandasından başqa, Ukraynanın “Dnepr” və Rumıniyanın “Tarqu Mureş” klublarını da avrokuboklarda iştirakdan məhrum edib.

Azərtac xəbər verir ki, hər iki klub bir mövsüm qitə futbol turnirlərində iştirak etməyəcək. Klublar sabiq məşqçilərə və futbolçulara borcları ödəmədiyi üçün bu cəzaya məruz qalıb. Ukrayna və Rumıniya təmsilçiləri növbəti üç avrokubok mövsümündən (2016/2017-ci, 2017/2018-ci, 2018/2019-cu illər) birində iştirak hüququndan məhrum edilib.

Xatırladaq ki, UEFA-nın qərarı ilə “İnter” klubuna da eyni cəza verilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.