Floyd Meyvezer bir gecəyə 50 000 xərclədi

7-05-2015, 13:02           
Floyd Meyvezer bir gecəyə 50 000 xərclədi
Dünyanın ən populyar boksçularından biri, amerikalı Floyd Meyvezer dünən ABŞ-ın Las-Veqas şəhərindəki tanınmış gecə klublarından birində əylənib.

Hafta.az TMZ-yə istinadən bildirir ki, 3 versiya üzrə dünya çempionu kluba Sinko de Mayo ilə birlikdə yollanmışdı.
Klubda reper Kris Braunun ad günü qeyd olunurdu.

Ötən şənbə filippinli boksçu Menni Pakyao üzərində qələbəyə görə 180 milyon dollar qazanmış Meyvezer klubda pulları sel kimi səpələyib.

İlkin məlumatlara görə, Meyvezer əylənərkən xərclədiyi məbləğ 50 min dollardan çox olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.