“Trabzonspor” azarkeşlərindən Qarabağa dəstək

10-04-2016, 19:19           
“Trabzonspor” azarkeşlərindən Qarabağa dəstək
“Trabzonspor” azarkeşləri “Başakşehir” ilə matçdan əvvəl Trabzonun mərkəzində toplanıblar.

Apasport.az saytının məlumatına görə, Azərbaycan və Türkiyə bayraqları ilə dəstəyə gələn azarkeşlər "Qarabağ səninləyik”, “İki dövlət tək millətik" sloqanlarını səsləndiriblər.

Son zamanlar cəbhə xəttində baş verən hadisələrlə əlaqədar hər zaman Azərbaycanın yanında olduqlarını bildirən fanatlar axşam “Başakşehir” klubu ilə qarşılaşmada dəstəyi stadionda da davam etdirəcəklərini vurğulayıblar.

Qeyd edək ki, “Trabzonspor” – “Başakşehir” matçı bu axşam, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.