Totalizatorlarda fırıldaq gələn futbol mafiyası ifşa olundu

8-05-2015, 10:24           
Totalizatorlarda fırıldaq gələn futbol mafiyası ifşa olundu
Qonşu Gürcüstan Respublikasında futbol zəlzələsi yaşanmaqdadır.

Məlumata görə, gürcü polisi aralarında “STU Tiflis” klubunun prezidenti, futbolçular, totalizator şirkətinin rəhbəri də daxil olmaqla 8 nəfəri oyun alqı-satqısında şübhəli bilərək həbs edib.

Ölkənin Daxili İşlər Nazirliyindən verilən açıqlamada həbs olunanların Gürcüstan çempionatının bəzi komandaları ilə oyun al-veri üçün razılaşmış olduqları bildirilib.

Gürcüstan Futbol Federasiya isə istintaq müddətində nazirliklə birlikdə hərəkət edəcəklərini qeyd edib.

İstintaq davam etdikcə həbs olunanların sayının artacağı istisna olunmur (apasport.az).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.