"Bavariya" yarımfinalda, "Barselona" mübarizəni dayandırdı

14-04-2016, 12:49           
"Bavariya" yarımfinalda, "Barselona" mübarizəni dayandırdı
Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

teref.az bildirir ki, Qol.az-ın məlumatına görə, keçirilən iki oyunla daha iki yarımfinalçının adı bəlli olub.

Madridin “Atletiko” klubu öz meydanında “Barselona”nı qəbul edib. İlk oyunda Kataloniya klubu 2:1 hesablı qələbə qazandığından şanslar bərabər qiymətləndirilirdi. Lakin gözlənildiyinin əksinə olaraq "Barselona" bu oyunda rəqibinə müqavimət göstərə bilməyib. Madridlilər 2:0 hesablı qələbə ilə yarımfinala vəsiqə qazanıb. Oyun kobud hakim səhvi ilə də yadda qalıb. Matçın uzatma dəqiqələrində "Atletiko"nun kapitanı Qabi cərimə meydançasında əllə oynasa da, baş hakim Nikola Ritsoli penalti yox, cərimə zərbəsi təyin edib.

Digər oyun Portuqaliyada baş tutub. Burada “Benfika” “Bavariya”nı qəbul edib. Oyun 2:2 hesablı bərabərliklə başa çatıb. İki oyunun nəticəsinə görə yarımfinala "Bavariya" yüksəlib.

Qeyd edək ki, digər yarımfinalçılar "Mançester Siti" və Madrid "Real"ıdır.

13 aprel

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

22:45. "Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya) - 2:0
Qol: Qrizmann, 36 (1:0), 88-pen.
İlk oyun - 1:2

22:45. "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya) - 2:2
Qollar: Ximenes, 27 (1:0), Vidal, 38 (1:1), Müller, 52 (1:2), Taliska, 76 (2:2)
İlk oyun - 0:1



12 aprel

22:45. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 1:0
Qol: De Bruyne, 76
İlk oyun - 2:2

22:45. "Real" (Madrid, İspaniya) - "Volfsburq" (Almaniya) - 3:0
Qollar: Ronaldo, 16 (1:0), 17 (2:0), 77
İlk oyun - 0:2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.