“Beşiktaş”ın oyununda 11 sarı, 1 qırmızı kart

10-05-2015, 23:41           

Bu gün Türkiyə Superliqasının 30-cu turu çərçivəsində "Beşiktaş" "Qaziantepspor"u qəbul edib.


“Qafqazinfo”nun məlumatına görə, 7-ci dəqiqədə Sosa hesabı açsa da, qonaqlar 42-ci dəqiqədə bərabərliyi bərpa ediblər - 1:1.

İkinci hissə daha gərgin keçib. Hakim "Beşiktaş"ın 4, "Qaziantep"in isə 7 oyunçusuna sarı kart göstərib. Həmçinin qonaqların heyətində fərqlənən Çibuike 82-ci dəqiqədə ikinci sarı kart - qırmızı vərəqə alaraq meydanı tərk edib.

Beləliklə, "Beşiktaş" 30 oyundan sonra 65 xalla 3-cü sıradadır. "Qalatasaray" 67 xalla 1-ci, "Fənərbağça" isə 66 xalla 2-cidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.