Millimizin futbolçusu "Bavariya"da!

11-05-2016, 09:39           

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin üzvü Barış Ekincier karyerasını Almaniya nəhəngi "Bavariya"da davam etdirə bilər. Sport7.az xəbər verir ki, 1999-cu il təvəllüdlü yarımmüdafiəçinin çıxışı Münhen təmsilçisinin skautları Bakıda keçirilən Avropa çempionatı zamanı bəyənib.

Əldə etdiyimiz özəl məlumata görə, bu səbəbdən futbolçunun ailəsi də Bakıya təşrif buyurub və tərəflər arasında danışıqlar davam edir. Avropa çempionatından sonra isə transferin rəsmiləşmə ehtimalı yüksəkdir. Razılıq əldə olunacağı halda Barış özünü sübut edənə qədər "Bavariya"nın əvəzedici komandasında çıxış edəcək.

Qeyd edək ki, Barış Ekincier hazırda Almaniyanın "Rot - Wies Essen" klubuna məxsusdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.