Bu gün Azərbaycan yığması qrupda son oyununa çıxacaq

11-05-2016, 09:40           
Bu gün Azərbaycan yığması qrupda son oyununa çıxacaq
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində son oyununa çıxacaq. "Report"un məlumatına görə, Təbriz Həsənovun rəhbərlik etdiyi komanda A qrupunun sonuncusu Şotlandiya ilə qarşılaşacaq.

"Bakcell Arena"da keçirilək görüşün baş hakimi norveçli Sveyn-Erik Edvartsen olacaq. Millinin ilk oyunda Portuqaliyaya məğlub olmasına (0:5), ardınca Belçika yığması ilə sülh bağlamasına (1:1) baxmayaraq, qrupdan çıxmaq şansı var. Bunun üçün T.Həsənovun komandası Şotlandiyanı böyük hesabla məğlub etməli, qrupun digər oyununda isə Portuqaliya yığması Belçikaya böyük fərqlə qalib gəlməlidir. Əks təqdirdə, Azərbaycan millisi çıxışını başa vuracaq.

Şotlandiya ilə oyunda məğlubiyyət qeydə alınmayacağı təqdirdə Azərbaycan qrupda 3-cü yeri tutacaq.

Günün digər oyunları isə B qrupunda keçiriləcək. Bosniya və Herseqovina Ukraynanı, Almaniya isə Avstriyanı sınağa çəkəcək.

Avropa çempionatı, qrup mərhələsi

A qrupu

16:00. Şotlandiya - Azərbaycan

Baş hakim: Sveyn-Erik Edvartsen

"Bakcell Arena"

16:00. Portuqaliya - Belçika

Baş hakim: Ville Nevalaynen (Finlandiya)

"Dalğa Arena"

B qrupu

19:15. Bosniya və Herseqovina - Ukrayna

"Bakcell Arena"

19:15. Almaniya - Avstriya

"Dalğa Arena"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.