Kamran Ağayev həbs oluna bilər - Qadını döydüyünə görə

11-05-2016, 12:52           
Kamran Ağayev həbs oluna bilər - Qadını döydüyünə görə
Millimizin qapıçısı Kamran Ağayev bu dəfə xuliqanlıqla yadda qalıb.

Sport7.az xəbər verir ki, təcrübəli əlcək sahibi davada iştirak edib.

Məlumata görə, hadisə ötən gecə saat 22:25-də Nərimanov rayonu ərazisində yerləşən restoranların birində baş verib. Restorana gələn Ağayev xanım müştərilərdən biri ilə mübahisə edib. Mübahisə nəticəsində xanımı döyən Ağayev daha sonra restorandan uzaqlaşıb. Bu barədə saytımıza hadisənin şahidləri məlumat verib. Maraqlısı budur ki, hadisə Kamranın "İnter"in təlim-məşq toplanışında olduğu zaman baş verib. Belə ki, komandanın düşərgəsindən gizli qaçan Ağayevin əylənmək istəyi dava ilə nəticələnib. Belə bir hadisənin baş verməsi də "İnter"də intizamın nə qədər zəif olmasının göstəricisidi. Yəni, hadisə "İnter"in "Xəzər Lənkəran"la oynayacağı günün gecəsi baş verib.

Bizə verilən məlumata görə, zərərçəkən şəxs məsələ ilə bağlı polisə müraciət etmək niyyətindədi. Adının açıqlanmasını istəməyən xanım şikayətçi olacağı halda, Kamran Ağayevlə bağlı cinayət işi açıla bilər.

Qeyd edək ki, qolkiper Cinayət Məcəlləsinin 128-ci maddəsi (sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma) ilə məsuliyyətə cəlb oluna bilər. Bu maddəyə görə, məsuliyyətə cəlb olunmuş şəxs üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Məsələ ilə bağlı araşdırmamız davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.