Erməni azərbaycanlı idmançını döyüb ya ermənilərin növbəti cılız fırıldağı ?- Video

12-05-2016, 09:38           

Belə bir idmançı haqqında məlumatımız yoxdur və bu ermənilərin növbəti təxribatından başqa bir şey deyil.

Bu sözləri ANS-ə müsahibəsində Azərbaycan Qaydasız Döyüş Federasiyasının prezidenti Azad Əsgərov idman cəmiyyətinin əsas müzakirə mövzularından olan Moskvanın ən böyük idman konsert kompleksi Olimpiyskiydə baş tutan döyüş barədə açıqlama verərkən deyib.

Federasiya prezidenti rinqə Azərbaycan bayrağı ilə daxil olan Ruslan Murtazov adlı idmançının əsgər paltarında və qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə döyüşə çıxan Albert Kazaryana məğlubiyyəti barədə danışıb.

“Bu idmançının hər hansı bir yerdə döyüşdüyünü görməmişəm. Eləcə də Azərbaycanda yarışlarda iştirak etməyib. Mən belə başa düşünürəm ki, bu bir təxribatdır. Beynəlxalq Federasiyanın orada heç bir nümayəndəsini görmədim. Mən indi federasiyanın baş hakimi ilə danışdım. Heç onların da bu barədə məlumatı yoxdur”, - deyə Federasiya rəhbəri baş verən qalmaqallı hadisə ilə bağlı açıqlama verib.

19 yaşlı idmançı Ruslan Murtazov ötən gün Azərbaycan bayrağı çiynində Moskvada Rusiyanın "Boks" telekanalı vasitəsilə canlı yayımlanan döyüşdə rinqə çıxaraq özünü qondarma Dağlıq Qarabağ Respublikasının təmsilçisi kimi təqdim edən Albert Kazaryana məğlub olub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.