Azərbaycan klubu avrokuboklardan imtina etdi

13-05-2016, 21:17           
Azərbaycan klubu avrokuboklardan imtina etdi
Azərbaycanın voleybolçu qadınlardan ibarət “Azəryol” klubu 2016-2017 mövsümündə Avropa Kuboklarında iştirakdan imtina edib. teref.az xəbər verir ki, bu barədə report.az-a klub prezidenti Cəmil Rüstəmxanlı məlumat verib.

Lakin o, konkret səbəb açıqlamayıb: “Bu il üçün düzgün qərar budur”.

Bir həftəyədək Azərbaycanda olmayacağını deyən C.Rüstəmxanlı ətraflı açıqlamanı ölkəyə qayıtdıqdan sonra və ya klubun icraçı direktoru Yusif Atakişiyevin verə biləcəyini söyləyib.

Qeyd edək ki, “Azəryol” klubu ötən mövsüm CEV (Avropa Voleybol Konfederasiyası) Kubokunda yarımfinaladək irəliləməyi bacarıb. Klub Azərbaycan Super Liqasında 4-cü yeri tutub və yenə eyni turnirdə, hətta “Lokomotiv”in də imtinasından sonra Çempionlar Liqasında iştirak imkanı qazanıb. Lakin rəhbərlik bu şansdan yararlanmamağı məqsədəuyğun sayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.