Hədəfə alınan Paşayev, əsasnaməyə uymayan qaydalar – Qardaşını gətirib, ələ-ələ verdi və...

16-05-2016, 11:56           

Azərbaycan Ağır Atletika Federasiyası bu dəfə Nizami Paşayevi hədəf alıb. Hurriyyet.org-un əldə etdiyi məlumata görə, hazırda milli komandanın baş məşqçisi kimi fəaliyyət göstərən, keçmiş ağır atlet köməkçiləri və rəhbərlikdəki bəzi şəxslərlə probelm yaşayıb.
Belə ki, köməkçi məşqçi Xanlar Nəbiyev Nizami Paşayevdən rəhbərliyə şikayət edib. Bu da onların qalmaqal yaşamasına səbəb olub. Baş məşqçi X.Nəbiyevi onu arxadan vurmaqda günahlandırıb.
Bildirək ki, milli komanda hazırda Kislovodskda təlim-məşq prosesindədir. Ancaq məşqçilər orada da sakit dura bilməyiblər, gərginlik davam edib. Məşqçilər arasındakı gərginliyə idmançılar da şahid olub.
Bunu adının çəkilməsini istəməyən yığma komandanın üzvlərindən biri Hurriyyet.org-a məlumat verərək təsdiqləyib.

Millidəki növbəti Nəbiyev – İndi də qardaşını məşqçi edib

Həmçinin əldə etdiyimiz digər məlumata görə Xanlar Nəbiyev 2-ci köməkçi məşqçi kimi qardaşı İdris Nəbiyevi milliyə qatıb. İndi 2 qardaş və vitse-prezident Elxan Əliyev Nizami Paşayevi əsas şəxslərin (daha yuxarıdakıların) gözündə səhv çıxarmağa çalışırlar.
İ.Nəbiyevin milliyə köməkçi məşqçi gəlmə planı isə fevral ayında baş tutub.

“Sus, sakit ol !” – Baş katibə verilən əmr...

Əldə etdiyimiz digər məlumata görə isə, AAAF-ın baş katibi Yavər Hacıyevə “sükutu pozma, sakit ol” əmri verilib. Rəhbərlikdən Y.Hacıyevə bildiriş gəlib ki, hansısa qalmaqalda adı çəkiləcəyi təqdirdə onun üçün heç də yaxşı olmaya bilər. Çünki ona növbəti şans verilib.
İndi AAF-dakı qalmaqallarda adı çəkilənlər Xanlar Nəbiyev, Nizami Paşayev və vitse-prezident Elxan Əliyevdir.

Getmək sırası ondadır?

Məlumat üçün bildirək ki, Beynelxalq Əsasnaməyə görə olimpiya oyunları ilində məşqçi dəyişdirilə bilməz. Çünki her şeyə görə o həm cavabdehdir, həm də məsuliyyət daşıyır.
Ancaq AAAF-da fevral ayında Miroslav Çorosu yola salan Federasiya deyəsən Nizami Paşayevdə də dəyişlik edəcək. Həmin yerə göz dikənlərdən biri isə əməkdar məşqçi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.