Azərbaycan yığması Avropa çempionatına qatılmaqdan imtina etdi - 6 aydır pul üzünə həsrət qalıblar

16-05-2016, 16:54           
Azərbaycan yığması Avropa çempionatına qatılmaqdan imtina etdi - 6 aydır pul üzünə həsrət qalıblar
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə qatılmayacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb yığmamızın komanda halında yarışdan imtina etməsidi.

Belə ki, son 6 ayda pul üzünə həsrət qalan voleybolçu və çalışdırıcılar Tiflisdə baş tutacaq seçmə görüşlərə getməkdə maraqlı deyil.

Vitamin, qida və nəqliyyat problemləri yaşayan komanda üzvlərinin meydana çıxması üçün heç formaları da yoxdu.

Mayın 19-da baş tutacaq seçmə mərhələnin oyunlarına yollanmaq üçün hələlik bilet belə alınmayıb.

Məlumatı apasport.az saytına yığmamızın baş məşqçisi Fərid Cəlalov da təsdiqləyib. O bildirib ki, komandanın durumu ürəkaçan deyil və millinin gələcək taleyi sual altındadı.

Qeyd edək ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Gürcüstan, İsveç və İsveçrə ilə yanaşı I qrupda yer alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.