“Traktor Sazi” Çempionlar Liqasının ilk 1/8 final oyununda məğlub oldu

18-05-2016, 01:33           
“Traktor Sazi” Çempionlar Liqasının ilk 1/8 final oyununda məğlub oldu
Cənubi Azərbaycanın "Traktor Sazi" klubu Asiya Çempionlar Liqasında ilk 1/8 final matçına çıxıb.

"Report"un məlumatına görə, Təbriz təmsilçisi səfərdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl Nəsr" klubu ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. "Traktor Sazi"nin yeganə qolunun müəllifi braziliyalı Avqusto Sezar dos Santos Moreyra olub. Cavab görüşü mayın 24-də Təbrizdə keçiriləcək.

Qeyd edək ki, "Traktor Sazi" 1/8 finala C qrupunun qalibi, "Əl Nəsr" A qrupunun 2-cisi kimi çıxıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.